Metavers sərmayələri ilə gündəmdə olan "Meta" indi NFT-lərə doğru addım atmağı planlaşdırır. "Financial Times"ın məlumatına görə, nəhəng şirkət NFT-ləri "Instagram" və "Facebook" proqramlarına inteqrasiya edə bilər.

Facemark.az xarici xəbərə istinadən xəbər verir ki, NFT-lər sürətlə yayılmağa davam edir. Bir çox insanlar bunun üçün yüz minlərlə dollar ödəyir və "gələcək" üçün böyük investisiyalar edirlər.


Məlumata əsasən "Meta" istifadəçilərə NFT-lər yaratmağa, bu NFT-ləri paylaşmağa və ya profil fotoşəkilləri kimi istifadə etməyə imkan verəcək funksiyaları tətbiqlərə gətirməyi planlaşdırır.