"TikTok" öz izləyicilərindən abunə haqqı ala biləcəyi bir sistem üzərində işlədiyini təsdiqləyib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "TikTok" tərəfindən qurulacaq abunə sistemi "Twitter"in "Super Follow" adlandırdığı abunə sistemi ilə oxşar olacaq. "Super Follow" abunə haqqı ödəyən izləyicilərinə istədikləri məzmunu təklif etməyə imkan verir.


Hədiyyə funksiyası ilə yanaşı, artıq abunə sistemi də istifadəçilərin davamlı gəlir əldə etməsində böyük rol oynayacaq.