İlk NFT layihəsi ilə "Lamborghini" fiziki və rəqəmsal dünyaları birləşdirir.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, ''Nike'', ''Samsung'' və ''Twitter'' kimi böyük şirkətlərdən sonra NFT bazarına girməyə hazırlaşan dünyaca məşhur avtomobil istehsalçısı "Lamborghini", fiziki və rəqəmsal dünyaları bir araya gətirən misilsiz bir layihə hazırlayıb.


''NFT PRO'' və ''Sotheby's'' ilə birlikdə həyata keçiriləcək layihədə obyektlərin "Lamborghini"nin yaratdığı internet saytında satışı planlaşdırıldığı halda, bu obyektləri dəyərli edən onların bəşəriyyətin kosmos kəşfi prosesini simvolizə etməsidir. Rəssam Fabian Oefner tərəfindən "Lamborghini" üçün satışa çıxarılan obyektlər, üzərində QR kodları olan NFT-lərlə birləşdirilmiş karbon lifindən kiçik kvadratlardır. Xüsusi qutuda saxlanılan bu karbon lif parçalarını xüsusi edən onların "Lamborghini" ilə birgə tədqiqat layihəsi üçün 2020-ci ildə Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi və geri qaytarılmasıdır.


75 saat 50 dəqiqə davam edəcək hərracdan sonra "Lamborghini" NFT satışlarından əldə edilən gəlirləri başqa bir NFT layihəsini icra edib-etməmək barədə qərar verəcək.