Bu, moda evinin yeni kreativ direktorların rəhbərliyi altında həyata keçirəcəyi rebrendinqin ilk mərhələsidir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İtalyan moda evi ''Trussardi'' yenilənmiş brend kimliyini təqdim edib. Bu barədə şirkətin rəsmi Facebook səhifəsində məlumat verilib. Yeni loqonun hərfləri yuvarlaqlaşdırılıb, aralarındakı məsafə artıb.


Bu simvol bəşər tarixində sonsuzluğu bildirən ilk əlamətlərdən biri hesab olunur. Yenilənmiş loqo "həyatın əbədi və dövri yenilənməsini" simvollaşdırır. ''Trussardi''nin baş direktoru Sebastian Suhl qeyd edib ki, 2022-ci ildə şirkəti moda evinin tarixində yeni səhifə açacaq irimiqyaslı rebrendinq gözləyir.