UNEC SABAH Magistraturası "Elektron Kommersiya" ixtisaslaşması çərçivəsində təlimlər davam edir.
Fevral ayı ərzində magistrantlara əlavə bacarıqlar qazandırılmasını hədəfləyən 4 təlim baş tutub.Təlimlərlə bağlı baş tutan görüşdə layihənin eksperti Qələndər Məmmədli tərəfindən birinci semestrdə görülən işlərlə bağlı, həmçinin gələcəkdə görülməsi planlaşdırılan fəaliyyətlərlə bağlı məlumatlar verilib.


Daha sonra təlim xidmətini təmin edən Facemark.az Fil Agentliyi şirkətlərinin təsisçisi Rafiq Vəliyev təlimlərin məzmunu, eyni zamanda həm akademik, həm də özəl sektor üçün faydaları haqqında fikirlərini bölüşüb. Proqram çərçivəsində təlimlər UNEC-in müəllimi Dr. Şahin Əkbər tərəfindən həyata keçirilib.


Təqdim olunan təlim mövzularını təqdim edirik:


Təlim 1: ''Şirkətlərdə Strateji İdarəetmə''
Təlim 2: ''Elmi Tədqiqatlarda Analiz Proqramı - SPSS''
Təlim 3: ''Elektronik Kommersiya və Sosial Məsuliyyət''
Təlim 4: ''Elektronik Kommersiya və Elmi Tədqiqatlar''