Ukraynaya ümumi kripto pul yardımının nə qədər olduğu açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ukraynaya 10 milyon dollardan çox yardım edilib.
Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox ölkələrdən maddi və mənəvi dəstək gəlməyə başlayıb. Edilən ianələr arasında kripto pullar vasitəsilə edilən külli miqdarda ianələr diqqət çəkib.


Ötən şənbə günü Ukrayna hökumətinin rəsmi Twitter hesabında "Ukrayna xalqının yanında olun. Biz indi kriptovalyuta ianələrini qəbul edirik. Bitcoin, Ethereum və USDT" sözləri yazılmışdı. Fedorov tərəfindən edilən yeni açıqlamada Ukrayna Silahlı Qüvvələrinə kripto pul ianələrinin ümumi məbləğinin cəmi iki gündə 12,7 milyon dollara çatdığı bildirilib. Buna uyğun olaraq Fedorov 5,5 milyon dollar dəyərində Ethereum, 4,4 milyon dollarlıq Bitkoin və 2,1 milyon dollar dəyərində Tether verildiyini qeyd edib.