Qərb şirkətləri bir-bir Rusiyadan çəkilərkən dünya restoran nəhəngi ''McDonald's'' da Rusiya ilə bağlı qərar verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''McDonald's'' Rusiyada 850 restoranı müvəqqəti bağlayacağını və fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət Rusiyadakı 62 min işçisinin maaşının ödəniləcəyini bildirib.


Qeyd edək ki, ''McDonald's'' Rusiyada 31 yanvar 1990-cı ildə Sovet İttifaqı dövründə filialını açmışdı.