Rusiya işğalı başlayandan milyonlarla dollar dəyərində kriptovalyuta bağışlanan Ukrayna kriptovalyutaları leqallaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, çərşənbə günü prezident Vladimir Zelenski tərəfindən imzalanan qanun layihəsi Ukraynanın kriptovalyutaları leqallaşdırmasına yol açıb. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi tərəfindən elan edilən inkişaf, bankların xarici və Ukrayna kriptovalyutalarının ölkədə qanuni olaraq alqı-satqısını həyata keçirə bilməsi üçün kripto şirkətləri ilə hesablar açmaq imkanını ehtiva edir.


Ukraynaya bağışlanan kriptovalyutaların ümumi dəyərinin 100 milyon dollara yaxınlaşacağı düşünülür.