2022-ci ilin sonuna qədər ABŞ-da Denver və Seattle arasındakı yollarda 15 "Starbucks" mağazasında təxminən 60 şarj cihazı quraşdırılacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, elektrikli avtomobil bazarının həcminin 2026-cı ilə qədər təxminən 1 trilyon dollara çatacağı təxmin edilir. Buna görə də bizneslə əlaqəli bir çox şirkət bu sahəyə sərmayə qoyur. 2022-ci ilin sonuna qədər ABŞ-da Denver və Seattle arasındakı yollarda 15 "Starbucks" mağazasında təxminən 60 şarj cihazı quraşdırılacaq.


Qeyd edək ki, avqust ayında ABŞ prezidenti Co Bayden 2030-cu ilə qədər satılan bütün yeni avtomobillərin yarısının karbon qazı olmayan avtomobillər olması barədə fərman imzalayıb. Bayden həmçinin 2026-cı ilə qədər hava çirkliliyini azaltmaq üçün yeni avtomobil emissiya qaydalarının dərc ediləcəyini də açıqlayıb.