Rusiya və Ukrayna arasındakı müharibənin ərzaq və təbii qaz qiymətlərini artırması nəticəsində Almaniyada inflyasiya 7,3 faizə yüksəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) 2022-ci ilin mart ayı üçün inflyasiya məlumatlarını açıqlayıb. Avropanın ən böyük iqtisadiyyatında istehlak qiymətləri indeksi (CPI) mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3 faizə yüksəlib. Əvvəlki ayda 5,1 faiz olan inflyasiyanın kəskin artmasına səbəb Rusiya ilə Ukrayna arasında gedən müharibə olub.


Xidmət inflyasiyası isə əvvəlki ayın məlumatları ilə eyni olaraq yüzdə 2,8 olaraq qalıb. "Rusiyanın Ukraynaya hücumundan sonra təbii qaz və neft məhsullarının qiymətləri yenidən əhəmiyyətli dərəcədə artıb və yüksək inflyasiya səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edib", - Destatis bildirib. Almaniyada inflyasiya səviyyəsi sonuncu dəfə 1981-ci ilin payızında, mineral neft qiymətlərinin də Birinci Körfəz Müharibəsinin təsiri nəticəsində kəskin şəkildə yüksəldiyi vaxtda eyni dərəcədə yüksək idi.


Almaniya qaz baxımından Rusiyadan ən çox asılı olan ölkələrdən biridir. Almaniya kansleri Olaf Şolz ötən gün verdiyi açıqlamada Rusiyaya enerji embarqosunun tətbiqinin iqtisadi böhrana səbəb ola biləcəyini bildirib.