"Forbes" hər il müntəzəm olaraq dərc etdiyi 36-cı milyarderlər siyahısını bu gün açıqlayıb. Siyahı son 12 ayda milyarderlərin sayının azaldığını göstərib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hazırda "Forbes" jurnalının 36-cı illik dünya milyarderləri siyahısında dünyada 2668 milyarder var. 2021-ci ildə bu rəqəm 2755 olub. Cari məlumatlara nəzər salsaq, milyarder adlarının ümumi sərvəti 12,7 trilyon dollar, ümumi sayı isə 2021-ci ildə 13,1 trilyon dollar olaraq ölçülüb.


Ümumilikdə 329 milyarderin titulunu itirdiyi bu il "milyarder" titulunu itirənlər arasında "Bumble"dan Whitney Wolfe Herd və "Peloton"dan Con Foley də var. Digər tərəfdən milyarderlər siyahısında yerini itirən bəzi adların yerinə 236 yeni milyarder qatılıb. Yeni milyarderlər arasında Rihanna, Piter Cekson və Coş Kuşner də var.


İlon Maskın sərvəti 11 mart 2022-ci il tarixinə 219 milyard dollar idi. Maskın sərvəti, xüsusən də son günlərdə "Twitter"in 9,2%-ni alması və "Twitter" səhmlərinin artması ilə artsa da, 11 mart tarixinə qədər olduğu üçün məlumatlar aktuallaşmayıb. Ceff Bezos siyahıda İlon Maskdan sonra ikinci olub. Üçüncü yeri Bernard Arno tutub.