16 aprel 2022-ci il tarixində “AXINA QARŞI” şüarı ilə bu il V dəfə keçiriləcək Milli İnsan Resursları Forumunun (MİRF) spiker tərkibi bəlli olub.


Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin açılış nitqi ilə başlayacaq 2 paneldən ibarət forum “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) həmtəsisçisi və İdarə heyətinin üzvü Tural Məmmədov, “Deloitte” şirkətinin Avropa mərkəzi ofisinin (DCE) Protokol rəhbəri Nailə Səfərəli, SOCAR-ın İnsan Resursları departamentinin rəis müavini Elnur Hüseynov, “Deloitte” Azərbaycanın akademiya rəhbəri Nərgiz İbrahimova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnsan resursları departamentinin direktoru Müşfiq Əmircanov, “AVT Logistics” MMC-nin İnsan Resursları departamentinin direktoru Pərviz Qasımov, “Ekvita Consulting” MMC-nin Təşkilati inkişaf üzrə direktoru Asif Bədəlov, “Veysəloğlu” Şirkətlər Qrupunun CHRO-su Yılmaz Öztürk, “NES Fircroft” şirkətinin ölkə üzrə direktoru Fəzilə Əsgərova, “PES Survey” şirkətinin həmtəsisçisi Aykut Boranın çıxışı və “MKT İstehsalat Kommersiya” MMC-nin Təlim və inkişaf üzrə meneceri Elnur Axundov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Şamo Mürşüdovun moderatorluğu ilə həyata keçiriləcək.

Tədbirin 3-cü hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan, bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) təqdimatı ilk dəfə Milli İnsan Resursları Forumunda baş tutacaq.


“Facemark” MMC, “Business Management School” MMC və “HR Option” MMC-nin təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, “MAGNUS”, “İmoffice” və “SmilePay” şirkətlərinin sponsorluğu, “Fil Agency”, “Okmedia”, “Brand Media”, “ARTER”, “New Media”, CreaTime, “BEYLİMEDİA”, “Qmeter” şirkətlərinin tərəfdaşlığı, “İNNAB” və “Cleverest Academy” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək “MİRF 2022” barədə daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi internet səhifəsini (www.mirf.az), sosial media hesablarını izləyə, həmçinin iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz.