Sanksiyalar fonunda Rusiya bazarını tərk edən ən böyük içki istehsalçısı "PepsiCo" ölkədə qalmağın yolunu axtarır. Belə ki, istehsalçı yerli brendləri genişləndirməklə yanaşı, başqa paketlərdə başqa adlar altında yeni məhsullar buraxmağı planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət "Pepsi", "Mirinda" və "7Up"ın analoqu olacaq içkiləri təqdim edib. Həmçinin hazırda yalnız kvas istehsal etdiyi yerli “Russky Dar” brendinin çeşidinin müxtəlif ləzzətli limonadlar hesabına genişləndirilməsinin mümkünlüyü barədə məlumat verilib.


Qeyd edək ki, martın əvvəlində "PepsiCo" Rusiyada məhsullarının satışını dayandırıb. Daha sonra şirkətin Rusiya ofisi tərəfdaşlara bu məhsullar üçün sifariş qəbulunu dayandırmaq barədə xəbərdarlıq edib. Bundan əlavə, "PepsiCo" Rusiyaya investisiyaları, o cümlədən reklam və promosyonları dayandıracağını vəd edib.


Mütəxəssislər qeyd edirlər ki, əgər şirkət özünü adi ad dəyişikliyi ilə məhdudlaşdırarsa, bəzi istehlakçılar orijinalı əvəz etmək kimi xoşagəlməz təəssürat yarada bilərlər. Bundan əlavə, etiket dəyişikliyi xüsusilə reklam olmadığı təqdirdə bazar payının azalmasına səbəb olacaq.