Hesablama Palatasının əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticələri üzrə qurumların atdığı addımları ötən il də izləyib, bu istiqamətdə 10-dan çox qurumdan məlumatlar daxil olub.


Facemark.az "Report"a istinadən xəbər verir ki, bu barədə Palatanın ötən ilki fəaliyyətinə dair hesabatda bildirilir.


"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 və 5 saylı şöbələri, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Diasporla İş üzrə Dövlət Komitəsi və "Azərişıq" ASC 800 min manat vəsaitin dövlət büdcəsinə bərpasını təmin edib, maliyyələşmə məbləğini 239,2 min manat azaldıb, 156,7 min manat natura formasında dövlət vəsaitini bərpa edib.