"L'Occitane" rəhbərliyi Rusiyadakı biznesinin bağlanmasının məqsədəuyğunluğunu uzun müddət müzakirə etsə də, sonda ölkədə fəaliyyətini davam etdirmək qərarına gəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bununla belə, "L'Occitane" pərakəndə satış mağazaları normal şəkildə işləməyə davam edir. Şirkət nümayəndələri qeyd ediblər ki, əməliyyat fəaliyyətini davam etdirmək qərarı onların şəxsi heyətini qorumaq məqsədilə verilib.


Şirkətin digər ölkələrdən olan bir sıra müştəriləri "L'Occitane"nin "korporativ bütövlüyünü" nümayiş etdirdikdən sonra ondan mal almağı planlaşdırmadıqlarını bildiriblər.