Ümumi istifadəçi sayını və digər statistik məlumatları ildə 4 dəfə istifadəçiləri ilə paylaşan "Netflix" 2022-ci ilin birinci rüb rəqəmlərini paylaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumatlarda "Netflix"in bu dəfə istifadəçi qazanmaq əvəzinə itirdiyi qeyd edilib. Artan abunə qiymətlərindən sonra bu itkini kompensasiya etmək üçün hərəkətə keçən axın nəhəngi, daha sərfəli qiymətə təqdim ediləcək bir reklam paketi ilə gündəmə gəlməyə qərar verib.


"Netflix" 2022-ci ilin birinci rübündə 200.000 istifadəçisini itirib


Uzun illərdir sıfır reklam siyasəti ilə irəliləyən "Netflix"in CEO-su Reed Hastings şirkətin son maliyyə toplantısında reklamlı abunə paketlərinə baxdıqlarını qeyd edib.