"Google" 22 aprel - Beynəlxalq Yer Günü ilə bağlı yeni dudl təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hər il olduğu kimi 22 aprel Yer Günündə iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi kimi mövzulara diqqət çəkilib.


22 aprel Yer Günü - iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi kimi məsələlərə diqqət çəkmək üçün müxtəlif tədbirlərin təşkil olunduğu beynəlxalq səviyyədə qeyd olunan bir gündür. Dünyanın həyatını və gözəlliyini qeyd etmək və onun üzləşdiyi ekoloji təhlükələrə diqqət çəkmək üçün xüsusi bir günün təşkili ideyası ilk dəfə 1969-cu ildə San-Fransiskoda keçirilən YUNESKO-nun Milli Dünya Konfransında Con Makkonnel tərəfindən irəli sürülüb.