"Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) may ayında keçirilən 66-cı müsabiqənin "Rəsmi Əyləncə Tərəfdaşı" olaraq "TikTok"u seçib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İtaliyanın Turin şəhərində ilk dəfə 'Gözəlliyin Səsi' mövzusu ilə keçiriləcək yarışmaya ev sahibliyi edəcək "TikTok"un bir milyard insana çatan qlobal ictimaiyyəti, tədbirin ən əhəmiyyətli gücü olacaq.


Qeyd edək ki, mayın 10, 12 və 14-də yayımlanacaq yarımfinal və böyük finalı "TikTok"da izləmək mümkün olacaq.