Şirkət 2022-ci ilin birinci rübündə 10,5 milyard dollar qazanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Coca-Cola" 2022-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət gəlirini 16% artıraraq 10,5 milyard dollara, əməliyyat mənfəətini isə 25% artıraraq 3,4 milyard dollara çatdırıb. Həmçinin Rusiya bazarını tərk etdiyindən gəliri 1−2% azalacaq.


Eyni zamanda, "Coca-Cola" 7-8% gəlir artımını təmin etməyi gözləyir ki, bu da əvvəlki proqnozlara uyğundur. Alkoqolsuz qazlı içkilərin satışı bütün regionlarda, ilk növbədə, Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikasında artımın təsiri ilə 7% artıb.


Xüsusilə, "Coca-Cola" satışları 6%, "Coca-Cola Zero Sugar" - 14% artıb. ABŞ-da "Fairlife", Çində "Minute Maid Pulpy" və Hindistanda "Maaza" başda olmaqla qida, şirələr, süd məhsulları və bitki mənşəli içkilər 12% artıb.