Nike metaverseyə doğru addımlarının bəhrəsini almağa başlayır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Nike"ın həftəsonu satışa çıxardığı 20 min NFT idman ayaqqabısından ibarət kolleksiyadakı məhsulların hər biri 5,2 ilə 3 ethereum arasında (7 min 500 və 9 min dollar) satılır. NFT ayaqqabılarına əlavə olaraq, istifadəçilər flakon adlanan rəqəmsal plaginlərlə ayaqqabıların görünüşünü dəyişə bilərlər. Bu əlavələrin qiymətləri 0,8 etheriumdan (2500 dollar) başlayır.