Almaniyada aprel ayı inflyasiya rəqəmləri açıqlanıb. Buna görə inflyasiya yüzdə 7,4 ilə son 40 ilin ən yüksək səviyyəsidir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiyanı hədəf alan ağır sanksiyalardan sonra enerji və ərzaq qiymətlərinin artması Almaniyada inflyasiyanın son 40 ilin pik həddinə çatmasına səbəb olub.
Federal Statistika İdarəsinin bu gün verdiyi açıqlamada inflyasiya mart ayındaki 7,3 faizdən bu ay 7,4 faizə yüksəlib. Analoji yüksək inflyasiya rəqəmi sonuncu dəfə 1981-ci ildə Körfəz müharibəsi səbəbindən ölkədə qeydə alınıb.


İqtisadçılar 2022-ci il üçün orta inflyasiyanın 6,1 faiz olacağını gözləsələr də, Rusiyadan enerji idxalının dayandırılması halında Almaniyada yaxın bir neçə ayda ikirəqəmli inflyasiyanın mümkün ola biləcəyinə diqqət çəkirlər.