CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 28-də 110,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur.


Facemark.az Trend-ə istinadən xəbər verir ki, ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 102,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,9 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur.