Dünyanın ən böyük qəhvə şəbəkəsi olan "Starbucks" NFT dünyasına addım atacağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Starbucks-ın CEO-su Howard Schultz və prezident köməkçisi Brady Brewer, investorlarla son görüşlərində NFT-lərə şirkətin “Web3 məkanında inkişaf etdiyini gördükləri mülkiyyət və icma əsaslı üzvlük modelləri kimi yeni konsepsiyalar” əlavə edəcəyini bildiriblər.


Brewer: “Starbucks-dan yeni rəqəmsal kolleksiya aldığınızı təsəvvür edin; bu məhsul həm də qlobal "Starbucks" icmasına giriş qapınız kimi xidmət edəcəkdir."


Ardınca isə şirkət NFT-lərlə bağlı açıqlama verib: “Biz eksklüziv təcrübə və üstünlüklərə çıxış imkanı verən bir sıra markalı NFT kolleksiyaları yaratmağı planlaşdırırıq. Bu kolleksiya mövzuları "Starbucks"ın digər innovativ və həmfikir brendlərlə dünya səviyyəli əməkdaşlıqlarından yaranacaq”.