Andy Warholun məşhur Merilin Monro tablosu rekord qiymətə alıcı tapıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 1964-cü ildə çəkilmiş rəsm üçün tam 195 milyon dollar təklif edilib. Rəsmdən əldə edilən gəlir İsveçrədə yerləşən bir fonda köçürüləcək. Tam 195 milyon dollar ödənilən rəsm 20-ci əsrin ən bahalı rəsm əsəri kimi tarixə adını yazdırıb.


Christie's Hərrac Evində keçirilən hərrac böyük maraqla qarşılanıb. Bir rəsm üçün bu qədər böyük məbləğdə pul ödəməyə razı olan adın Larri Qaqosian olduğu iddia edilir. Qaqosianın çoxsaylı sənət qalereyaları var. Lakin nə "Christie's Auction House", nə də Larry Gagosian məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.