İnstaqramın baş direktoru Adam Mosserinin verdiyi açıqlamaya görə, İnstaqram bu həftə NFT dəstəyini sınaqdan keçirəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin məlumatına əsasən, ilk zamanlar yalnız seçilmiş yaradıcıların kolleksiyalarını platformada paylaşmağa icazə veriləcək. Mosseri tərəfindən edilən yeni açıqlamaya görə, İnstaqramda hər hansı NFT ticarəti üçün heç bir ödəniş olmayacaq.


Qeyd edək ki, İnstaqram "Ethereum", "Polygon", "Solana" və "Flow"dan NFT-ləri platformasına inteqrasiya etməyi planlaşdırır.