Facemark.az Finlandiya təhsil sistemi haqqında araşdırma yazını təqdim edir:


Finlandiyada təhsil sistemi 1800-cü illərin sonunda inkişaf etməyə başlamışdır. Ana dili Finlandiyada təhsilin təməl daşıdını təşkil edir. Finlandiyada təhsil sistemi necədir? Finlandiya təhsil sistemi ilə nümunə olaraq göstərilən ölkədir. Burada 9 illik təhsil icbaridir və tələbələr üçün bərabər imkanlar var. Özəl məktəb anlayışı olmadığı üçün hamı pulsuz təhsil alır. Bundan əlavə, dərslər gündə maksimum 4 saat, həftədə isə maksimum 20 saat keçirilir. Burada şagirdlər ev tapşırığı etmirlər. Finlandiyada şagirdlərə ev tapşırığı verilmir, çünki onların məktəbdə fənləri öyrənmələri gözlənilir. Finlandiyanın təhsil nazirinin mövzu ilə bağlı şərhi çox gözəldir: “Onların uşaqlıqlarını yaşamaq, gənc olmaq və həyatdan həzz almaq üçün daha çox zamana ehtiyacları var”.





Şagirdlər məktəbə piyada və ya velosipedlə gedirlər. Finlandiyada təhsilin keyfiyyəti hər məktəbdə eyni olduğundan, şagirdlər evlərinə ən yaxın olan məktəblərə gedirlər. Buna görə də onların daşınma üçün servis xidmətlərindən istifadə etmələrinə ehtiyac yoxdur. Həmçinin, təhlükəsiz ölkə olduğu üçün valideynlər narahat olmur və uşaqları məktəbə özləri aparmaq əvəzinə, onlara bu məsuliyyəti verirlər.





Finlandiyada məktəblər şagirdlərə ev mühiti təqdim edir. Öyrənməyi zövqlü keçirməyin yollarından biri də şagirdlərin özlərini evdəki kimi rahat hiss etmələridir. Bu səbəbdən Finlandiya təhsil sistemində məktəbə gələndə şagirdlər paltolarını, ayaqqabılarını çıxarıb corab və ya başmaq ilə məktəbdə gəzirlər.


Bu təhsil sistemində şagirdlər qiymət məsələsinə görə narahat olmurlar. Finlandiyada şagirdlərin öyrənməyə marağını öldürdüyü əsası ilə təhsilin altıncı ilinə qədər onlara qiymət verilmir və onlar yalnız 16 yaşı tamam olanda ümummilli imtahan verirlər. Bu yolla tələbələr imtahandan yüksək qiymət almaq və ya yüksək göstəriciyə deyil, öyrənməyə diqqət yetirirlər. Finlandiyada müəllimlər ilk növbədə şagirdlərə xoşbəxt olmağı, özünə və başqalarına hörmət bəsləyərək böyüməyi öyrətməyə çalışırlar.