"Netflix" aprel ayında elan etdi ki, on ildən artıq müddətdə ilk dəfə abunəçilərini itirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, platforma aprel ayında 200 min olmaqla, ümumilikdə 2 milyona yaxın abunəçisini itirib. "Netflix" abunəçiləri xüsusən də eyni evdən kənarda parol paylaşan istifadəçilərə sanksiya tətbiq edəcəyini elan etdikdən və artımlardan sonra platformanı tərk edirlər. "Netflix" abunəçi itkisini işçilərinə bağlayaraq, təxminən 150 əməkdaşını işdən çıxarıb. "Netflix"in sözçüsü ixtisarlarla bağlı verdiyi açıqlamada: “Əsasən ABŞ-da işləyən işçiləri təsir edən ixtisarlar gəlir artımının yavaşlaması ilə əlaqədardır. Bu dəyişikliklər ilk növbədə, fərdi performansdan daha çox biznes tələbləri ilə idarə olunur. Bu, onları xüsusilə çətinləşdirir”.


Qeyd edək ki, şirkətin ümumilikdə 11.000 işçisi var.