"Google"nin uzun müddətdir sözü gedən ilk qatlana bilən smartfonu "Pixel Notepad" bu il satışa çıxarılmayacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya həvəskarları bu telefon üçün daha bir il gözləməli olacaq. 2021-ci il üçün hazırlanan telefon əvvəlcə 2022-ci ilə indi isə 2023-cü ilə təxirə salınıb. "Google"nin qatlana bilən smartfonunun isə niyə gecikdirdiyi məlum deyil. Ehtimal olunur ki, bu təchizat zəncirindəki problemlərlə bağlıdır.