"Reebok" əlillər üçün xüsusi olaraq hazırlanmış "Fit to Fit"adlı yeni ayaqqabı kolleksiyasını təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, əlilliyi olan insanların həyatını asanlaşdırmaq və bu mövzuda maarifləndirmək məqsədi daşıyan adidasın “Runner321” kompaniyasından sonra bu sahədə yenilik olub. "Adidas"dan başqa idman geyimi nəhənglərindən olan "Reebok" da bu mövzuda konkret addım ataraq, əlillər üçün xüsusi kolleksiya hazırlayıb.


Kolleksiya “əlil insanlar üçün ilk adaptiv kolleksiya” kimi təqdim edilib. "Zappos" geyim mağazası ilə əməkdaşlıq çərçivəsində hazırlanan kolleksiya əlillərin rəyləri əsasında hazırlanıb. "Reebok"un klassik dizaynlarına sadiq qalaraq, iki fərqli ayaqqabı, "Nanoflex Parafit TR" və "Club MEMT Parafit" dizayn edilib. Hərəkət qabiliyyəti məhdud olan şəxslərin həyatını asanlaşdırmaq vizyonu ilə dizayn edilmiş ayaqqabılarda bağlayıcılar, qarmaqlar və düymə kimi heç bir detal yoxdur. Yaxın gələcəkdə bir ayağı olmayan şəxslər üçün ayaqqabı dizayn edəcəyini və kolleksiyanı genişləndirəcəyini ifadə edən "Reebok", uyğunlaşa bilən ayaqqabılara ehtiyacı olan əlil idmançılar üçün "Nanoflex Parafit TR" modelini hazırlayarkən, "Club MEMT Parafit" modelini də fərdiləşdirib vəçıxarıla bilən altlıq əlavə edib. Bundan əlavə, model protezli şəxslər üçün daha böyük ölçülərdə hazırlanıb.