İnstaqram Tvitterin tvitlərin sabitlənməsi funksiyasına bənzər olaraq, tətbiqə paylaşımların sabitlənməsi funksiyasını əlavə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Facebook tərəfindən alındıqdan sonra özünə bir çox xüsusiyyət əlavə edən İnstaqram, yeniliklərini davam etdirib. Gələn funksiya ilə artıq profilin əvvəlində foto və videonusabitləmək mümkündür. Postu sancmaq üçün istifadəçilər öz profillərinə daxil olub istədikləri posta toxunaraq, yuxarı sağdakı üç nöqtəli işarədən “Profilə sabitlə” seçimini kilikləməklə prosesi tamamlaya bilərlər. Bu sayədə təyin olunan post paylaşım tarixindən asılı olmayaraq profilin yuxarı hissəsində yer alacaqdır.