İstehlakçılar adətən qışda Yeni il və Sevgililər Günü kimi özəl günlər səbəbilə başqaları üçün alış-veriş etsə də, yay aylarının yaxınlaşması ilə artıq özləri üçün alış-verişə başlayırlar.


Yay mövsümü bir çox sektorlar üçün aktiv alış-veriş mövsümüdür. Bəs, bu böyük fürsət zamanı bizneslər nələrə diqqət etməlidirlər? Rəqiblərindən nə ilə fərqlənməlidirlər?


Facemark.az xarici mənbəyə istinadən yayda satışları artırmaq üçün 4 məsləhət haqqında araşdırma yazını təqdim edir:


Omnikanal strategiyaları üçün doğru vaxt


İnsanların gəzintiyə çıxmaq üçün fürsət axtardığı günəşli günlərdə mağazalarda alış-verişdə artım müşahidə olunur.Bu günlərdə daha çox alış-veriş edən istehlakçılar və hədiyyə axtaran turistlər bazarı canlandırır. Fiziki alış-veriş üçün strategiya hazırlamaq və istehlakçıları mağazalara cəlb etmək üçün effektiv strategiyalar yaratmaq sizə rəqiblərinizdən fərqlənməyin açarını təklif edir.


Mobil marketinqlə alış-verişə gedən insanların diqqətini cəlb edin


Əgər biznesiniz və ya mağazanız məşhur və ya turistik ərazidədirsə, yay mövsümündə sizin müştərilərinizdə böyük artım olacaq. Bununlabelə, istehlakçıların yaxınlıqda olması onların biznesinizə və ya mağazanıza baş çəkəcəkləri demək deyil. Göz oxşayan lövhə və ya vizual marketinq materiallarındanəlavə olaraq, diqqəti cəlb etmək və yaxınlıqdakı istehlakçılara imkanlar təklif etmək üçün mobil marketinqdən istifadə etməlisiniz. Biznesinizi məkana əsaslanan reklam fəaliyyətləri və xəritələrdə təqdim etmək sizə faydalı ola bilər.


Məktəblərin bağlanması və yay tətili kimi fürsətlərdən yararlanın


Yayın gəlişi həm də məktəblərdə tətil deməkdir. Bu dövrdə məzun olan və ya uğur qazanan övladlarını mükafatlandırmaq istəyən ailələr olacaq. Məktəblərin bağlanması həm də uşaqları oxuyan ailələrin yay tətilinin başlanğıcı deməkdir. Təşkil edəcəyiniz təqdimat və satış kompaniyaları ilə məktəblərin bağlanmasını fürsətə çevirib satışlarınızı artıra bilərsiniz.


Yayda istehlakçıların alış impulsu artır


Yayda insanlar özlərini daha rahat hiss edir və bu, onların alış-verişində də özünü göstərir. Yay aylarında təşkil olunacaq yaxşı düşünülmüş promosyonlar və endirim kampaniyaları ilə istehlakçıları biznesinizə və ya mağazanıza cəlb edə və satışlarınızı artıra bilərsiniz. E-poçt və ya mobil marketinq üsullarından istifadə edərək bu istehlakçıları cəlb edə bilərsiniz.


Yay tətilinə üstünlük verməyən istehlakçıları unutmayın


Bəzi insanlar yayda səyahət etmək əvəzinə sənət fəaliyyəti və öz layihələri ilə məşğul olmağı üstün tuturlar. Onları işinizə və ya mağazanıza cəlb etmək üçün fərqli təkliflər etməlisiz. Məsələn; Evdəki köhnə əşyaları təkrar istifadə etmək üçün bir yol təklif edə və ya bağçalarını daha da yaxşılaşdırmaq üçün onlara fikirlər təklif edə bilərsiniz.


Evlərini təmir etmək istəyən və ya təmir etməyi düşünən istehlakçıları unutmayın


Əgər pərakəndə satış, iaşə və ya qonaqpərvərlik sənayesində deyilsinizsə, yay aylarında istehlakçı davranışındakı dəyişikliklərin sizə təsir etməyəcəyini düşünə bilərsiniz. Lakin bu düzgün yanaşma deyil. Təkcə geyim, yemək və tətil xərclərində artım yoxdur. İstehlakçılar yay aylarında evlərini təmir edir və ya təmir etməyidüşünürlər. Bu səbəbdən məişət əşyaları, tikinti materialları və digər bəzək məhsullarının satışı ilə məşğul olursunuzsa, yay aylarında promosyon və endirim tədbirlərinin həyata keçirilməsi faydalı olar.