Uçuşun Rotterdam və London arasında həyata keçirilə biləcəyi açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Hollandiyanın regional iqtisadi inkişaf agentliyi olan InnovationQuarter tərəfindən qurulan konsorsium dünyanın ilk hidrogen yanacağı ilə uçuşunun 2028-ci ildə reallaşacağını açıqlayıb. Uçuşun Rotterdam və London arasında həyata keçirilə biləcəyi açıqlanıb. Bu texnologiyanın turbovintli mühərrikli təyyarələrdə istifadə oluna biləcəyi deyilirdi. Hidrogen yanacağı ilə işləyən təyyarələrin 16 milyard avroluq bir bazar yaratmaq potensialına sahib olduğu təxmin edilir.


Bu sahədə daha bir iddialı ad "Airbus"dır. İki il əvvəl şirkət 2035-ci ildə həyata keçiriləcək sıfır emissiyaya malik hidrogenlə işləyən təyyarələr istehsal etmək planını açıqlamışdı. Avropa aviasiya şirkəti təyyarələrdə əsas enerji mənbəyi kimi hidrogenə üstünlük veriləcəyini bildirib.