İspaniyanın "Mango" geyim brendi nəhayət Rusiya bazarını tərk edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət Rusiyadakı biznesini françayzinq tərəfdaşlarına satacaq. Bu barədə şirkətin bəyanatına istinadən El País məlumat yayıb.


Məlumata əsasən şirkət öz biznesini onlara ötürmək üçün bir neçə françayzinq tərəfdaşı ilə razılığa gəlib. 55 mağaza yeni sahiblərinə veriləcək, işçilər üçün isə 800 iş yeri qorunacaq.


Bundan əvvəl Mango Rusiyada fəaliyyətini müvəqqəti dayandırdığını elan edərək, qərarını tədarükdəki çətinliklərlə izah etmişdi.