Bu ilin iyun ayında Türkiyədə aylıq inflyasiya 4,95 %, illik inflyasiya isə 78,6 % təşkil edib.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bunlar proqnozlardan müvafiq olaraq 0,51 faiz bəndi və 0,85 faiz bəndi çoxdur.


Hesabat dövründə ən yüksək illik inflyasiya nəqliyyat (123,37 %), qida və spirtsiz içkilər (93,93 %), ev əşyaları (81,14 %), ən aşağı illik inflyasiya isə rabitə (23,74 %), geyim və ayaqqabı (26,99 %), təhsil (27,76 %) və səhiyyədə (39,34 %) qeydə alınıb.