ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “Ceyms Uebb” kosmik teleskopunun göndərdiyi ilk şəkli yayımlayıb. Bu təsviri teleskop 54 gb həcmində 1560 şəkli 25 saat ərzində emal edərək, hazırlayıb.


25 dekabr 2021-ci ildə kosmosa buraxılan Ceyms Uebb Kosmos Teleskopu uzun illər gözləmədən sonra kosmosda indiyə qədər kəşf olunmayanları bizə təqdim etmək üçün öz missiyasına başlayıb. Bu gün gözlənilən gün gəldi və James Webb Kosmik Teleskopu ilk rəngli fotoşəkilini bəşəriyyətə təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin iştirakı ilə keçirilən tədbirdə NASA böyük maraq doğuran həmin fotoşəkili bütün bəşəriyyətə təqdim edib.





James Webb Kosmik Teleskopundan yuxarıda gördüyünüz ilk görüntü SMACS 0723 kimi tanınan qalaktika klasterinə aiddir. Bu qalaktika klasterinin təxminən 4,6 milyard il əvvəl meydana gəldiyi düşünülür. Minlərlə qalaktika, o cümlədən indiyə qədər müşahidə edilən ən zəif obyektlər teleskopdan bu görüntüdə ilk dəfə olaraq çəkilib. Webb kosmosda ən qədim qalaktikaları axtarmağa davam edir.