Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "Referans Medical Group" və "Uptodate in Medicine"nin təşkilatçılığı ilə 30 iyul 2022-ci il tarixində Şuşa şəhərində “Dağ-səhra şəraitində xəstələrin təxliyəsi və təcili cərrahiyyəsi" adlı konfrans keçiriləcək.


Facemark.az konfransın media tərəfdaşı olaraq xəbər verir ki, konfrans zamanı ilk tibbi yardım metodlarından yararlanaraq zədələnmənin mexanizminin təyin edilməsi, texnogen fəlakətlər zamanı xəstəxanayaqədər ilk tibbi yardımın xüsusiyyətləri, texnogen fəlakətlər zamanı xəstəxanayaqədər ilk tibbi yardımın xüsusiyyətləri, dağ-səhra şəraitində hava yolların yaralanmaları və ürək dayanmalarında müalicə prinsipləri, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası müzakirə olunacaqdır.