Rusiyanın Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən NASA Rusiya ilə tərəfdaşlıq edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, NASA, Rusiyanın Kosmik Agentliyi, Roskosmos, Beynəlxalq Kosmik Stansiyaya uçuşları inteqrasiya etmək üçün müqavilə bağlayıb. Rusiyanın Ukraynaya hərbi hücumlarına baxmayaraq, ABŞ Rusiya ilə uçuşları davam etdirəcəyini bildirib.


NASA Roskosmos arasındakı razılaşma ilə bağlı açıqlama verib. “Rusiya ilə tərəfdaşlığımız Beynəlxalq Kosmik Stansiyanın davamlı təhlükəsiz əməliyyatlarını təmin etmək, astronavtların həyatını qorumaq və ABŞ-ın kosmosda mövcudluğunun davamlılığını təmin etmək üçün davam edəcək”, - bəyanatda deyilir.


NASA-nın bu açıqlamalarından bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ astronavtlarının kosmos stansiyasına rus raketləri yerinə batutlarla getməli olduğunu söyləyən və Ukraynanın işğalının tərəfdarı olan Roskosmosun baş direktoru Dmitri Roqozini vəzifəsindən azad edib.


NASA-nın rəsmiləri ortaqlığı davam etdirməyə fokuslandıqlarını bildiriblər.