“Google” ABŞ küçələrində AR eynəklərini sınaqdan keçirməyə başlayacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Google” nümayəndələri AR eynəklərinin prototipinin performansını ictimai yerlərdə - küçələrdə və dövlət müəssisələrində sınaqdan keçirəcəklərini bildiriblər. Şirkət qeyd edib ki, tərcümə və videoçəkiliş funksiyasının yeni cihazda real şəraitdə necə işləyəcəyini sınaqdan keçirməyi planlaşdırır.


Xatırladaq ki, mayın ortalarında “Google” səsi mətnə ​​çevirmək funksiyasına malik artırılmış reallıq eynəklərinin prototipini nümayiş etdirib. Ağıllı eynək həmsöhbətin xarici nitqini qeydə alır, təhlil edir və istifadəçiyə tanış olan dilə tərcümə edir.