Avtomobil nəhəngi Volkswagen ilk elektrik təyyarəsi V.MO-nun prototipini təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Flying Tiger” ləqəbli avtomobil 4 sərnişini daşıya bilir və 200 km-ə qədər məsafə qət edə bilir.


Açıqlamalara görə, nəhəng şirkət cari modelin bu il bir neçə sınaq uçuşu etməyi planlaşdırır. Bundan sonra daha da inkişaf etdirilən prototipin 2023-cü ilin yayın sonunda daha geniş sınaq uçuşları həyata keçirəcəyi bildirilir. Avtomobilin nə vaxt buraxılacağı ilə bağlı hələlik məlumat yoxdur.