2022-ci ilin birinci yarımili әrzindә bank müştәrilәrinin cari hesablarından aparılan köçürmәlәrin ümumi sayı 111.7 mln. әdәd, hәcmi isә 151.1 mlrd. manat tәşkil edib.


Facemark.az "APA-Economics"-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, aparılan köçürmәlәrin say üzrә 79%-i (88.5 mln. әdәd), hәcm üzrә isә 77%-i (116 mlrd. manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2022-ci ilin 6 ayı әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi ötәn ilin analoji dövrü ilә müqayisәdә 65% artaraq 97.3 mlrd. manat olub.