Texnologiya dünyasının ən mühüm sahələrindən birinə çevrilən artırılmış və virtual reallıq texnologiyaları gələcəkdə e-ticarət sektorunun mühüm bir hissəsinə çevriləcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2025-ci ilə qədər e-ticarət gəlirləri 7,4 trilyon dollara çata bilər.


Pandemiyadan sonra da heç bir yavaşlama əlaməti göstərməyən elektron ticarət sürətlə böyüməyə davam edir. Araşdırmalara görə, e-ticarət gəlirləri 2025-ci ildə 7,4 trilyon dollara çata bilər. Elektron ticarətin ümumi alış-verişdəki payına nəzər saldıqda onun hal-hazırda bütün alış-verişlərin yüzdə 18-ni təşkil etdiyini görürük.