"Google", "Meet" tətbiqini daha faydalı və əyləncəli etmək üçün yeni funksiyalar təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni yeniləmə ilə artıq "Spotify"da, "YouTube"da videolara baxa, musiqi dinləyə və oyun oynaya biləcəksiniz.


Bütün görüş iştirakçılarının qarşılıqlı əlaqə qura bilməsi üçün edilən bu canlı paylaşma xüsusiyyəti sayəsində görüşlərin daha ahəngdar olacağı gözlənilir.