"Google", mesajlarla bağlı "Android" və "iOS" arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün bir daha "Apple"a müraciət edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple" tərəfindən mesajlar üçün hazırlanmış "iMessage" tətbiqi ilə "Google" tərəfindən "Android" əməliyyat sistemi üçün hazırlanmış "Rich Communications Services" (RCS) üzərində qurulan mesajlar tətbiqi arasında uyğunsuzluqlar var.


Hər iki proqram mesajlaşma təcrübəsini zənginləşdirmək üçün hazırlanıb. Mesajlar 90-2000-ci illərin texnologiyaları olan SMS və MMS-ə çevrilərkən, bu texnologiyaların köhnə olduğunu müdafiə edən "Google", göndərilən fotoların keyfiyyətinin aşağı düşdüyünü, qrup söhbətlərinin kəsildiyini, Wi-Fi üzərindən mesajlaşmanın aradan qalxdığını bildirir. Bu səbəbdən "Google" "Apple"ı RCS-ə dəvət edir. Bununla belə, "Apple" bu məsələyə laqeyd yanaşmır.