Facemark.az bilməli olduğunuz marketinq terminləri haqqında araşdırma yazını təqdim edir!


“Affiliate marketing” - Bir satış ortaqlığı olaraq təyin olunan “Affiliate Marketing”, “CPA”, yəni “Hərəkətə görə ödəniş” adlanır. “Affiliate Marketinq”, ən məşhur və mahiyyət etibarilə birbaşa satış işinin internet versiyasıdır.


“SWOT analizi” - şəxs, təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı güclü, zəif tərəfləri və imkanları müəyyən etməyə kömək etmək üçün istifadə edilən strateji planlaşdırma texnikasıdır. İlk dəfə Albert Humphrey tərəfindən 1960-1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib.


“B2B” - yəni “Business to Business” marketinqi deməkdir. B2B marketinq prossesində şirkətlərarası alış-veriş hadisəsi baş verir. Buna misal olaraq hər hansı bir şirkətin öz məhsulunu istehsal etmək üçün digər bir şirkətdən müəyyən qurğular almasını göstərə bilərik.





“B2C” - marketinq növü gündəlik alış-verişləri təmsil edir. “Business to Consumer”, yəni biznesdən istehlakçıya deməkdir. B2C marketinqində hazırlanan məhsul birbaşa istehlakçıya ötürülür.


“Restyling” - brendin elementlərinə (loqo, üslub və ya digər atributlar) vizual dəyişiklərin edilməsi və şirkətin rebrendinq işlərinin bir hissəsidir. Restaylinq şirkətin ideologiyasına deyil, yalnız xarici imicinə toxunur.


“Merchandising” - malın, xidmətin, markanın və ya qablaşdırmanın tanıtımı və satışı üçün təşkil olunan kompleks tədbirlərdir. “Ticarət” mənasını verir və əsas məqsədi müştərilərin daha çox məhsul almağını təmin etmək üçün strategiyalar həyata keçirməkdir.


“Digital marketing” - istehlakçılarla qarşılıqlı fəaliyyətin bütün mərhələlərində istifadə olunan rəqəmsal texnologiyalardan istifadə edərək xidmət və malların təşviqatını əhatə edən marketinq sahəsidir.


İnternet-marketinqdən fərqi ondadır ki, o internetdən əlavə, offlayn alətlərdən ( sms, mobil tətbiqlər, ağıllı qadjetlər , qr-code vəs ) istifadə edir.





“Brand positioning” - Məhsul və ya xidmətlərin şirkətin fəaliyyət göstərəcəyi hədəf bazarındakı rəqiblərdən fərqləndirilməsi, istehlakçının beynində xüsusi bir marka yaratma fəaliyyətidir. Marketinqdə istehlakçıların şüurunda bir marka adının şəxsiyyətini yaratmaq üçün istifadə olunan bir prosesdir.


“CRM” (Customer Relationship Management) – Müştərilərlə Əlaqələrin İdarəetməsi Sistemləri şirkətlərin öz müştəriləri və potensial müştəriləri ilə qurduğu əlaqəni daha yaxşı idarə etmək üçün istifadə etdikləri bir sistemdir.


Bu sistemə görə şirkət müştəriləri haqqında nə qədər çox məlumata sahib olarsa, bazarda bir o qədər uğurlu rəqabət apara bilər. CRM müəssisənin satış artımını dəstəkləyən, sosial media ilə inteqrasiya edən, müştərilər ilə münasibətləri qaydaya salan bir sistemdir.


“Customet satisfaction” - şirkət tərəfindən təqdim edilən məhsul və xidmətlərin müştəri gözləntilərini necə qarşıladığını və ya üstələdiyini göstərən ölçüdür. Müştəri məmnuniyyəti "bir firma, onun məhsulları və ya xidmətləri ilə bildirilmiş təcrübəsi, müştərilərin sayı kimi müəyyən edilir.


“Product marketing” - Məhsul marketinqi konkret məhsulun bazara çıxarılması və həmin məhsulun uğurlu olmasını təmin etmək prosesidir. Bir məhsul marketoloqu olaraq işiniz məhsulun daxili strategiyasına rəhbərlik etməkdən ibarətdir.


“Sales operations” - satış əməliyyatları, satış komandanızın müştərilərlə effektiv ünsiyyət qurmasını və onların satış prosesinə nəzarət etməsini təmin etmək üçün CRM və satış sürətləndirmə platformalarınızda baş verən hər şeydir. Satış komandanızın strategiya və məqsədləri yerinə yetirməsini dəstəkləyir.