Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 612 054,3 min manat təşkil edib, bu da illik müqayisədə 3,1% azdır.


Facemark.azAPA-Economics”ə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə sözügedən göstərici 631 864,1 min manat səviyyəsində olub.


Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda magistral neft kəmərləri ilə 17 747,1 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% çoxdur. Nəqletmənin 79,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 14 111,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8% çox).