İlon Mask maraqla gözlənilən sentyabr tədbirində "iPhone 14" modellərini təqdim edən "Apple" ilə cihaza xüsusi bir görüş keçirdiyini açıqladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "iPhone 14" modelləri peyk bağlantısı vasitəsilə əlaqə xüsusiyyəti ilə gələcək və şəbəkə bağlantısının zəif olduğu nöqtələrdə fövqəladə hallarda istifadə etmək üçün məhdud mesajlaşma imkanı verəcək.


Bu xüsusiyyətin ilk iki il pulsuz, daha sonra isə ödənişli variantı olacağı açıqlansa da, sosial mediada bu xüsusiyyət haqqında çox müzakirələr edildi.


"Twitter"da "Apple"ı və "SpaceX"i işarəliyən bir istifadəçinin "Emergency SOS" adlı bu funksiyanın əhatə dairəsini genişləndirmək üçün əməkdaşlıq edəcəyinə ümid etdiyini söylədikdən sonra İlon Maskdan cavab geçikmədi. O, "Apple" ilə "Starlink" bağlantısı ilə bağlı müsbət danışıqlar getdiyini və "iPhone" komandasının ağıllı insanlardan ibarət olduğunu bildirdi.