cümə axşamı, 9 dekabr 2021

Nar Mobile tələbələr arasında keçirilən nüfüzlu Biznes Keys müsabiqəsinə dəstək oldu

2361

Dekabr ayının 11-də Azərbaycanın ilk 3G operatoru Azerfonun dəstəyi ilə və  ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Biznes Keys Müsaiqəsinin final mərhələsi keçirilmişdi. Müsabiqədə ölkə universitetlərinin tələbələri maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə sahələri üzrə əldə etdikləri biliklərini tətbiq etməklə real biznes problemləri üzəri çalışır  və iri biznes qurumların rəhbərləindən ibarət münsiflər heyətinə təqdim edirlər. Müsabiqədə 11 universiteti təmsil edən 75 komandadan finala yalnız 17-sı vəsiqə qazanmışdı.

Tədbirdə iştirak edən Azerfon şirkətinin Baş İcraçı Direktoru Yurgen Pitz bu cür  müsabiqələrin keçirilməsinin vacibliyini vurğulamış və iştirakçılara uğurlar arzulamışdı.

 \"\"“Bildiyiniz kimi Azerfon şirkəti hər zaman gənclər üçün nəzərdə tutulan bu cür layihələri dəstəkləyir və tələbələrin inkişafına, təhsilinə yönəlik layihələrə yardım göstərilməsinin daim prioritet fəaliyyətlərdən biri kimi seçib. Bu gün keçirilən müsabiqə də Azerfon şirkətinin dəstək olduğu tədbirlər silsiləsindəndi. Əminliklə deyə bilərəm ki, gənclərin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş bu layihə onların gələcəkdə karyera inkişafında çox önəmli rol oynacaq” – deyə Y. Pitz  bildirmişdi.

Layihədəstək olan digər tərəfdaşlar sırasında Azərbaycan Diplomatik Akademiyası , BP Azerbaijan, Procter & Gamble, PricewaterhouseCooper, Unibank və Coca-Cola şirkətləri də var.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.  

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik