Adı hər zaman yüksək keyfiyyət və xidmətə nümunə göstərilən Baku Electronics yeni il qabağı müştərilərini sevindirməyi davam edir. Şirkətin  yeni il kampaniyası artıq öz  ilk şanslı qaliblərini tapmışdır.  Noyabr ayında start götürən kampaniyaya əsasən Baku Electronics mağazalarından Samsung məhsulu alan hər bir müştəri ani lotereyanın iştirakçısına çevrilir. Artıq kampaniyada onlarla insan fotokamera, LCD televizorlar, soyuducu, paltaryuyan, tozsoran, noutbuklar qazanmışdır. Lakin təbii ki, hər kəsin ən böyük arzusu ani lotereyada uduşa qoyulan avtomobildir. 2 Hyundai İX 35 avtomobilinin ilk bəxtəvər qalibi dünən artıq məlum oldu. Bu Azad Sadıxovdur. Bu gün Baku Electronics-in Əhmədli filialında Azad Sadıxova Baku Electronics-in Marketing Departamentinin Müdürü Anar Həkim-zadə tərəfindən avtomobilin açarları təqdim olundu.


Biz isə xatırladaq ki, ani uduşlar qazandıran Yeni İl kampaniyası Baku Electronics-in bütün mağazalarında dekabr ayının 31-nə qədər davam edəcək. Unutmayın, uduşda hələ 100-lə texnika və 1 avtomobil qalıb, və siz də hər an qəlib ola bilərsiniz.