cümə axşamı, 9 dekabr 2021

Stiv Jobsdan geri qalan sözlər

4396

Apple`ın əfsanəvi lideri Steve Jobs 5 oktyabrda vəfat etdi. O, arxasında təkcə Apple, Pixar kimi şirkətlər, iPod, iPhone, iPad, kimi məhsullar yox, həmdə “funksionallıq və estetiklik həyatın labüdlərindəndir”, “insanların ehtiyaclarını şəffaf bir gələcək vizionu ilə qovuşdurma” kimi bir çox ilham verici sözlər qoyub getdi. O sözlərdən bəzilərini təqdim edirik.


“Biz sayımız barədə qətiyyən narahat olmamışıq. Apple bazarda diqqəti məhsulun üzərinə çəkməyə çalışır, çünki əsas olan fərqli məhsullardır. Reklam kampaniyaları rəqabət üçün vacibdir; IBM`in reklamı hər yerdədir. Effektiv ictimaiyyətlə əlaqə insanları maarifləndirir. Bu sektorda insanları aldada bilməzsiniz. Çünki məhsullar öz adlarından danışarlar”.
“Çox insanı evinə kompüter almağa məcbur edən səbəb, dövlət səviyyəsində bir əlaqə toru ilə bağlantı qurmaq olacaq. Bir çox insan üçün cığır açacaq möhtəşəm bir başlanğıc mərhələsindəyik”
1985, Playboy jurnalındakı reportajı


“Sadəlik və cəlb edicilik” mənim şüarımdır. Sadə olmaq qarışıq olmaqdan daha çətin ola bilər. Bir şeyi sadələşdirməkdən ötrü şəffaf düşünmək üçün çalışıb çabalayarsınız. Ancaq buna dəyər. İstədiyinizi əldə edən zaman dağları belə yerindən oynada biləcək gücünüz olar. Mərkəz qrupları ilə məhsul istehsal etmək həqiqətən çətindir. Çox vaxt insanlar, siz onlara göstərənə qədər nə istədiklərini bilməzlər.”
1998 May, BusinessWeek reportajı


“Pikasso`nun bir sözü var: “Yaxşı sənətkarlar “kopyalayar”, böyük sənətkarlar oğurlayarlar. Biz böyük fikirləri oğurlayarkən heç utanmadıq. Məncə, Macintosh`u böyük edən amillərdən biri də işçilərinin musiqiçi, şair, sənətçi, zooloq və tarixçi olmalarından başqa, həm də dünyanın ən yaxşı kompüter mütəxəsssisi olmalari idi”.
“Nöqtələri təkcə irəliyə baxaraq birləşdirə bilməzsiniz. Onları geriyə baxaraq birləşdirə bilərsiniz. Bu səbəbdən bütün nöqtələrin gələcəyinizdə birləşəcəyinə inanmaq məcburiyyətindəsiniz. Bir şeyə də inanamq məcburiyyətindəsiniz ki, o da instinktləriniz, qismətiniz və həyatınızdır. Bu inanclar məni heç vaxt yanıltmadı və həyatımı tamamən dəyişən şey məhz elə bu inanclardır”.


“Yaxında öləcəyimi ağlıma gətirmək, həyatımda verdiyim ən böyük qərarların əsas səbəbidir. Çünki hardasa hər şey – başqalarının gözləntiləri, qürur, məğlubiyyət və ya utanc hissi qorxusundan - ölümün qarşısında geri çəkilir, o vəziyyətdə, ancaq ayrılılb getmək daha vacib olur. Öləcəyimi ağlıma gətirmək mənə güc verir. Ürəyinizin səsini dinləmək üçün heç bir səbəb yoxdur. Ac olun axmaq olun”
2005 İyun, Stanford Universitetində məzuniyyət gecəsindəki nitqi


“Müxtəlif növ hərəkət qabiliyyətini ölçən bir araşdırmanı oxudum. 1 km üçün ən az enerjini Cənubi Amerikalılar sərf edir. Kompüter də mənim üçün budur: Kompüter bizim əldə etdiyimiz ən möhtəşəm alətdir. Bir növ zehnimizin velosipedidir.”
1990 “Memory and İmagination” sənədli filmindəki müsahibəsindən


“İş həyatımın modeli “Beatles” dir. Onlar bir-birininin neqativlərini daima nəzarətdə saxlayan dörd insandır. Bir-birlərini tənzimləmələri onlara hər işlərində uğur gətirir. Mən də bu cürəm. Ümumiyyətlə böyük nailiyyətlərin arxasında heç vaxt 1 nəfər dura bilməz, böyük nailiyyətlərin arxasında həmişə güclü bir komanda durur.
2003-cü il “60 Minutes” reportajından


“Dizayn maraqlı sözdür. Bir çox insan dizaynı məhsulun xarici görünüşü kimi başa düşür. Bəlkə də bu belədir, ancaq dərinə getsək, dizayn əslində bir şeyin necə işləməsi deməkdir. Mac`ın dizaynı onun görünüşü ilə bağlı deyil, tamamən onun necə işləməsi ilə əlaqəlidir. Bir şeyə dizayn vermək üçün ilk növbədə onu yaratmalısınız. Onun necə olacağını anlamalısınız. Mac`ın çox satılacağını düşünürük. Biz Mac`ı başqaları üçün yox, özümüz üçün hazırlamışıq. Onun mükəmməl olub-olmadığına özümüz qərar veririk. Biz sadəcə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Gecələr rahat yatmağınız üçün estetik və keyfiyyət uğurla tamamlanmalıdır. Sürətlə udmaq deyil, onu çeynəmək lazımdır. Çox insan buna zaman ayırmır”.


“O vaxt başa düşməmişdim, amma Apple`dan qovulmaq həyatımda başıma gəlmiş ən gözəl iş imiş. Müvəffəqiyyətli olmağın ağırlığı yenidən yer dəyişdirmişdi. Mən həyatımın ən yaradıcı vaxtlarından birinə girmək üçün azad edilmişdim. Dərmanların dadı bərdad idi, amma mənə elə gəlir ki, xəstənin buna ehtiyacı var. Bəzən həyat başınızda kərpic sındırar. Siz yenə də inancınızı itirməyin”.


“Qəbirsanlıqdakı ən varlı adam olmaq mənim üçün mühim deyil. Gecə yatağına nə qədər möhtəşəm bir şey etdiyinizi deyərək girmək...Bax, mənim üçün əsas olan budur”.
“Heç kəs ölmək istəməz. Cənnətə getmək istəyən insanlar belə ora gedə bilmək üçün ölmək istəməzlər. Amma yenə də ölüm hamımızın gedəcəyi ortaq gediş nöqtəmizdi. Heç kəs ondan qaça bilməz. Olmalı olan da budur. Çünki ölüm həyatın ən yaxşı icadıdır. O, yeniyə yer verərək köhnələri təmizləyir. Siz hələ ki, yenisiniz, amma bu gündən çox da uzaq olmayan bir gün siz də köhnəlib silinəcəksiniz. Bu qədər dramatik olduğum üçün üzr istəyirəm, amma bu həyatın gerçəkləridir.”
2005 İyun, Stanford Universitetində məzuniyyət gecəsindəki nitqi

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik