cümə axşamı, 9 dekabr 2021

Yeni Range Rover Evoque təqdim olundu

3407

Land Rover və Jaguar avtomobillərinin rəsmi nümayəndəliyi olan Crystal Motors şirkəti 13 dekabrda yenilənmiş Range Rover Evoque avtomobilinin təqdimatını keçirmişdir. Şənliyin səbəbkarı, bir neçə ən yaxşı modelləri ilə, dəvətolunmuş qonaqları, Moskva prospektində yerləşən Crystal Motorsun salonunda qarşılayırdı. Bakı avtomobil həvəskarları, komfortun, müasir texnologiyalar və yüksək sürətin pərəstişkarları mərasimin qonaqları olmuşdur.

Crystal Motors–un satış şöbəsinin müdiri Adil Axundov bütün qonaqları salamlayaraq, Evoque-un adi görünüşünü tamamilə dəyişdirmiş texniki innovasiyalar haqqında danışdı.

"Müasir aqressiv dizayn, ən müasir texnologiyalar, yol keyfiyyətləri bütün bunlar yeni brenddə birləşib. Bu, modelin tarixi boyu buraxılmış və həqiqət ən möhtəşəm görünüşü olan ən rahat, yüngül və qənaətli Range Roverdir".

Əfsanəvi Land Rover Terrain Response™  sistemli Range Rover Evoque, şübhəsiz, bu qəbildən olan avtomobillər arasında istənilən hava şəraitinə və müxtəlif örtüklü yollara daha yaxşı uyğunlaşdırılıb. Bundan əlavə, avtomobilin zəngin təchizatına ikili təsvirli 8-düymlu sensorlu display və dairəvi müşahidə kamerası daxildir.

Hər kəs müxtəlif rəng, işləmə və dəbdəbəli formalar arasında öz fərdiliyini nəzərə çarpdıracaq avtomobili seçə biləcək. Öz növbəsində, Crystal Motors-un servis mərkəzi Land Rover avtomobillərinin sahiblərinə uyğun qiymətlərlə ən yüksək xidmətə zəmanət verir. Crystal Motors bütün avtomobil həvəskarlarını qarşımızda olan Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edir. Bakı yollarının yeni favorite olan- Range Rover Evoque avtomobili ilə yaxından tanış olmaq istəyən hər kəsi, Moskva prospekti 75a ünvanında yerləşən Crystal Motors salonuna dəvət edir.

 

Əlaqə telefon: 430 85 55

www.landrover.az

\"\"\"\"\"\"\"\"

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik